Qəbiristanlıqdan qəribə oğurluq - VİDEO

Bakının Binəqədi rayonu və Hacıqabul rayonunda qəbir daşlarının üzərindən mərmərdən olan sinə daşları oğurlanıb. Oğurluq hadisələrində qəbir sahiblərinə 1000-1500 manat civarında ziyan dəyib. Məsələ ilə bağlı polis araşdırma aparsa da hələ ki, heç kimi yaxalamaq mümkün olmayıb.

BakuPost.az xezerxeber.az-a istinadən bildirir ki, 3 ay öncə valideynlərinə məzar daşı qoydu, bir neçə gün öncə isə məzar daşının birini oğurladılar.

Hadisə Binəqədi rayonunda Vulkan dağının yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb. Qəbiristanlığın nəzarətçisi bildirir ki, oğurluq hadisəsi məhz onun evdə olduğu vaxt yəni gecə saatlarında baş verib.

Buna bənzər daha bir hadisə isə Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb. Kənd sakini Elçin Sdıqov anasının qəbrinin üzərindən 1500 manat dəyəri olan sinə daşı oğurlanıb.

Elçin Sadıqov bildirir ki, bundan öncə də onların həyətindən 5 heyvan oğurlanıb və qardaşının evindən isə 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Oğurluğun məhz onlara qarşı kimlərsə tərəfindən qəsdən edildiyini bildirən Elçin Sadıqov bu barədə polisə də məlumat verib. Oğurluq hadisələri ilə bağlı polis araşdırma aparır.


 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər