Qəzada ölən polislərin FOTOSU - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
 
BakuPost.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi "Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti  orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, DİN-in Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi "Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.
 
Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb. Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarət alıb.
 
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Azxeber.com saytı isə xidməti əraziyə gedərkən qəzaya düşən polis əməkdaşlarının fotosunu yayıb. Həmin fotoları təqdim edirik:

b_550_325_16777215_00_images_xeber_sekilleri_10noyabr2017_1510296953_23476634_1627915263933175_1683140956_n_1.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_10noyabr2017_1510384799_untitled.jpg
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər