Ru
10:33 / 21 Noyabr 2018

QHT Şurası sədrinin səlahiyyətləri azaldıldı - FƏRMAN

2624
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərman imzalayıb.


BakuPost-un məlumatına görə, dəyişikliklərə əsasən Şura sədrinin səlahiyyətləri azaldılıb, Şuranın Katibliyinin səlahiyyətləri artırılıb, Şuranın ümumi səlahiyyətlərinin əhəmiyyətli qismi Şura Katibliyinə həvalə olunub.


Əsasnaməyə görə Şura layihələrin Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən həyata keçirilməsi məqsədilə müsabiqələri təşkil edir, onların keçirilməsi qaydalarını və şərtlərini müəyyənləşdirir. İndiyə qədər elanlar verilməsi, təqdim olunmuş layihələri öyrəniliməsi, müsabiqənin qalibini müəyyən etmə meyarlarını rəhbər tutaraq layihələri qiymətləndirilməsi, layihələri məqbul hesab edilən QHT-lərin nümayəndələri ilə şifahi müsahibə keçirilməsi, müsabiqənin qalibi ilə vəsaitlərin istifadə edilməsi şərtləri haqqında müqavilə bağlanması, müsabiqənin nəticələri barədə məlumatları dərc edilməsi Şuranın ümumi səlahiyyətləri sırasına daxil olub. Eyni zamanda Şura müsabiqədə qalib gəlmiş layihələri müəyyən edib və müvafiq qərar qəbul edib, layihələrin həyata keçirilməsi ilə bağlı QHT-lərin hesabatlarını nəzərdən keçirib və qiymətləndirmə aparıb, QHT-lər tərəfindən layihələrin yerinə yetirilməsi üçün vəsaitlərdən istifadəyə nəzarəti həyata keçirib, bununla əlaqədar Katibliyin rüblük və illik hesabatlarına baxıb.


Dəyişikliyə əsasən bundan sonra məhz Şuranın Katibliyi Şuranın maliyyə yardımı müsabiqələri haqqında elanlar verəcək, QHT-lərin Şuraya təqdim etdikləri layihələrin ekspertizasını aparacaq, bu məqsədlə ekspert qruplarının fəaliyyətini təmin edəcək, Şuranın iclaslarında baxılacaq sənədlərin hazırlanması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və QH-lərin mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması və onların tərkibi barədə Şuraya təkliflər verəcək. Katiblik həmçinin layihələrini Şuranın məqbul hesab etdiyi QHT-lərin nümayəndələri ilə şifahi müsahibə keçirərək nəticələri barədə Şuraya məlumat verəcək, QHT-lərin iştirak etdikləri müsabiqələrin nəticələri barədə məlumatları dərc edəcək, müsabiqənin qalibi ilə vəsaitdən istifadə şərtləri haqqında müqavilə bağlayacaq, Şuranın qərarı əsasında maliyyələşdirilən layihələrin əlaqələndirilməsini, icrasına nəzarəti həyata keçirəcək, icra olunan layihələrin monitorinqinin aparılmasını, qiymətləndirilməsini təmin edəcək və bu barədə Şuraya hesabat verəcək.  O cümlədən QHT-lərin icra etdikləri layihələrin nəticələrinə dair yekun aktını təsdiqləyərək bu barədə Şuraya məlumat verəcək, Şuranın tədbirlərini təşkil edəcə, Şuranın qəbul etdiyi qərarların icrası üçün qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya və qeyri-kommersiya qurumları ilə müqavilələr bağlayacaq. QHT-lər haqqında elektron resurslar yaratmaq da artıq Katibliyin səlahiyyətləri sırasına daxildir.


Şura Katibliyinə yeni səlahiyyətlərin verilməsi ilə əlaqədar Şuranın müsabiqədə qalib gəlmiş layihələri müəyyənləşdirərək müvafiq qərar qəbul etmək, layihələrin həyata keçirilməsi ilə bağlı QHT-lərin hesabatlarını nəzərdən keçirmək və qiymətləndirmə aparmaq, QHT-lər tərəfindən layihələrin yerinə yetirilməsi üçün vəsaitlərdən istifadəyə nəzarəti həyata keçirmək , bununla əlaqədar Katibliyin rüblük və illik hesabatlarına baxmaq sahəsində hüquqları da azalıb. Konkret olaraq Şuranın birbaşa QHT-lər tərəfindən layihələrin yerinə yetirilməsi üçün vəsaitlərdən istifadəyə nəzarəti həyata keçirmək səlahiyyəti ləğv edilib. Şura Katibliyin fəaliyyətinə ümumi nəzarəti həyata keçirəcək. Başqa sözlə, Şura sadəcə, müsabiqəyə təqdim olunan layihələrlə bağlı müvafiq qərarlar qəbul edəcək, icra olunan layihələrin monitorinqinin aparılmasına, qiymətləndirilməsinə dair Katibliyin hesabatlarına, proqram və layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitdən QHT-lərin istifadə etməsi vəziyyəti barədə Katibliyin rüblük və illik hesabatlarına baxacaq.


Əsasnaməyə edilən dəyişikliklərə əsasən Şuranın sədrinin Şuranın Katibliyinə ümumi rəhbərliyi həyata keçirmək səlahiyyəti ləğv olunub. Artıq Şura sədrinin Şuranın iclaslarında baxılacaq müvafiq sənədlərin, o cümlədən təqdim olunan layihələrin öyrənilməsi və qiymətləndirilməsi, onlara dair müqavilələrin hazırlanması məqsədi ilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən, QHT-lərin mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması və onların tərkibi barədə Şuraya təklifləri təqdim edilməsi sahəsində də hüquqları olmayacaq.


İndiyə qədər Şura sədri öz vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini sədr müavini həyata keçirib. Bundan sonra isə ümumiyyətlə, Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini sədr müavini həyata keçirəcək.


Hazırda Şuranın iclaslarında qəbul edilmiş qərarlar Şuranın sədri və katibi tərəfindən imzalanır. Bundan sonra isə  Şuranın iclaslarında qəbul edilmiş qərarları iclasa sədrlik edən və katib imzalayacaq. Eyni zamanda Katibliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən icraçı direktorun Katiblik adından əmr və göstərişlər vermək, müqavilələr imzalamaq, Katibliyin illik iş planını təsdiq etmək səlahiyyəti olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər