“Qızı Amaliya xanımla bağlı qadağa qoyub” - Baş həkimdən açıqlama

2956
Mərhum Xalq artisti Amaliya Pənahovanın xəstəlik səbəbinin xərçəng olduğu açıqlansa da, onun xərçəngin hansı növündən əziyyət çəkdiyi bilinmir.

BakuPost-un məlumatına görə, mərhum sənətkar son vaxtlar tez-tez Milli Onkologiya Mərkəzində olurmuş. Saytımızın əməkdaşı dəqiqləşdirmə aparmaq üçün Mərkəzin baş həkimi Azad Kərimovla əlaqə saxlayıb. Baş həkim ətraflı məlumat verə bilməyəcəyini deyib: "Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumatın yayılmasına qadağa qoyub. O, ailə sirrinin kənara çıxmasını istəmir. Bu da Amaliya xanımın istəyi olub. Ona görə də bizim ətraflı məlumat verməyə ixtiyarımız yoxdur”.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Xalq artisti dünən gecə dünyasını dəyişib.

Aygün
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər