Ru
15:57 / 18 Oktyabr 2017

Qobustanda ana ölümünün ilkin səbəbi açıqlandı

1077
Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.


BakuPost.az-ın "Report”a istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib. 


Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub: "Doğuşdan sonra ananın ölümünə ilkin səbəb qanaxma ehtimal olunur. Meyit patomorfoloji təşrihə verilib. Eskpertizanın rəyi, təxminən, bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəbi bilinəcək".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər