Ru
16:26 / 17 Noyabr 2017

Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi - FOTO

945
Qobustanda yeniyetmə oğlanı çaqqal dişləyib.


BakuPost.az Report-a istinadən verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.


Kənd sakini, 2002-ci il təvəllüdlü Şirinzadə Turqay Rövşən oğlu məktəbə gedərkən qəfildən çaqqalların hücumuna məruz qalıb. Yırtıcı heyvanlar onun əlini dişləyib.


Qobustan rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti kafidir. Ona quduzluq əleyhinə vaksin vurulub.

 




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər