Qoşqar Təhməzlinin qardaşına qarşı şok iddia - Dövlət çevrilişinə cəhd edib?

1385
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılmağının səbəbi məlum olub.

BakuPost Unikal.org-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin digər qardaşı Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sabiq sədri Fərhad Təhməzovdur. O, öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər