Qubada hamilə qadının beyninə qan sızdı, öldü - Həkimlər "hamilə qalmaq təhlükəlidir" deyibmiş

2018
Quba rayonunda hamilə qadın ölüb.

BakuPost "Report"a istinadən xəbər verir ki, hadisə Quba Rayon Mərkəzi Xəstəxanasına baş verib.

Belə ki, xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Rəksanə Səfərovanın qəfildən halı pisləşib və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Məlumata görə, həkimlər R.Səfərovaya səhətindəki problemlərə görə hamilə qalmamaq barədə məlumat veriblər və əks təqdirdə həyatı üçün təhlükəli olduğunu bildiriblər. R.Səfərovanın beyninə qan sızması səbəbi ilə öldüyü bildirlir. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər