Ru
13:09 / 13 Dekabr 2017

Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də iştirak edir

722
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı işə başlayıb.


BakuPost.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edir.


"Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.


Əvvəlcə birgə foto çəkdirilib.


Tədbir müqəddəs "Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

 

Ilham Aliyev adlı şəxsin şəkli.

Qüdslə bağlı toplantı başladı -  İlham Əliyev də iştirak edir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər