““Quran”ı Vasim Məmmədəliyev tərcümə etməyib” - Rafiq Əliyevdən sensasion açıqlamalar/ VİDEO

2046
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev ilginc iddialar irəli sürüb.

BakuPost xəbər verir ki, o, din.az saytına müsahibəsində "Quran”ın Azərbaycan dilinə tərcüməsinin müəllifinin Vasim Məmmədəliyev yox, Tariyel Həsənov olduğunu deyib. Bildirib ki, kitabın tərcüməsini əlyazma şəklində V. Məmmədəliyevdən yox, T. Həsənovdan alıb: "Bu, çox maraqlı bir məsələdir. Vasim müəllimə çox hörmətim var və Tariyel müəllimlə bir yerdə işləmişəm, dostluq eləmişik. Mən "Quran”ın tərcüməsini əlyazma şəklində Tariyeldən almışdım. Yəni Tariyel "Elmlər Akademiyası” metrosunun yanında birinci mərtəbədə yerləşən evində "Quran”ın üzərində altı ay işləmişdi.

Mən də onlara gəlib-gedirdim. Hətta onun yoldaşı deyirdi ki, bu, dəli olacaq. Çünki bgecə-gündüz işləyir. Onlar İraqa gedəsi oldular və Tariyel onun əlyazmasını gətirib mənə verdi. Dedi, sənə inanıram və istəyirəm ki, sən bu əlyazmasını götürüb düzəldəsən, qaydaya salasan, ikimizin adından çap etdirəsən.

Ancaq o "Quran”ın tərcüməsinin əsasını Tariyel Həsənov edib. Mənə gətirib verdi ki, bu işi elə. Ancaq mənim imkanım yox idi, çünki mən "Quran”şünas deyiləm və elə bir işi də üzərimə götürə bilməzdim. İkincisi də, mən Tariyelin yazdığı "Quran”ın altından öz adımı yaza bilmərəm. Bu, ən böyük əskiklikdir.

Dedim, Tariyel, mən sənə kömək edə bilərəm, Azərbaycan dilində kompyuterdən çıxardaram, yazdıraram, hazırladaram, sən gələn il gələndə, bunu hazır vəziyyətdə görəcəksən. Özün kimlərləsə danışarsan, mən də sənə kömək edərəm, bu "Quran”ı çap edərik.

Mənim imtina etməyimdən sonra o, həmin əlyazmanı aparıb verdi Vasim müəllimə. Vasim müəllim də Ziya müəllimi, Şeyxülislamı özünə şərik götürdü. Mən yüz faiz bilirəm ki, Şeyxülislam o tərcümə ilə məşğul ola bilməz. Şeyxülislamın ərəb dilində o qədər biliyi yoxdur və ərəb tarixində o qədər də səriştəsi yoxdur. Şeyxülislam öz işlərini daha yaxşı bilir”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər