Ru
10:46 / 24 Noyabr 2017

Qusarda körpünün kabelini kəsdilər

759
Qusarda körpünü işıqlandıran elektrik kabelini kəsən şəhər sakini saxlanılıb.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BakuPost.az-a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhərin Azadlıq küçəsi ilə M.Əbilov küçəsinin kəsişməsindəki körpünü işıqlandıran elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vuran şəhər sakini saxlanılıb.


RPŞ-də dindirilmə zamanı əvvəllər məhkum olunmuş Zedik Əlifxanov 200 metr naqili kəsdiyini etiraf edib. Oğurlanmış naqil maddi sübut kimi götürülüb.


Aparılan əməliyyat tədbirləri nəticəsində Z.Əlifxanovun törətdiyi daha bir faktın üstü açılıb. Məlum olub ki, keçən ilin iyul ayında bu şəxs həmin ərazidən eyni üsulla 100 metr elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vurub.


Faktla bağlı Qusar RPŞ-də Z.Əlifxanovla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər