Ru
16:35 / 21 Noyabr 2017

Qüsurlu uşaqların valideynlərinə müavinət verilsin - Təklif

1074
Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var.


BakuPost.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: "Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.


Deputat qeyd edib ki, qüsurlu uşaqlara baxan analara mənəvi dəstəklə yanaşı maddi dəstəyin də göstərilməsinə ehtiyac var: "Təklif edirəm ki, həmin uşaqların valideynlərinə də müavinət verilsin”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər