Ramil Usubov rəisi işdən çıxartdı - Yeni təyinat

655
Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

"BakuPost" APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər