Ru
14:02 / 24 Yanvar 2019

Ramiz Əzizbəylidən xəbər var

3285
 


Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var. 


BakuPost xəbər verir ki, bu barədə "Report”a açıqlamasında xalq artisti özü bildirib.


"Gördüyünüz kimi artıq danışa bilirəm. Yaxşıyam, sağalmaq üzrəyəm. Evdə müalicəm davam edir. Həkimlər sağ olsun. Bütün millətimi öpüb, bağrıma basıram”, - R.Əzizbəyli əlavə edib.


Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər