Ru
14:03 / 22 Noyabr 2017

Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək

1287
Xalq artisti, məşhur aktyor Rasim Balayevin Türkiyəyə səfəri təxirə salınıb.

 

BakuPost.az-ın xəbərinə görə, bu barədə APA-ya Rasim Balayev özü məlumat verib.

 

O qeyd edib ki, müalicə üçün müraciət etdiyi həkim yaxın günlərdə Bakıya gələcək: 


"Mənə dedilər ki, həmin nevropotoloq iki-üç günə Bakıya gələcək. Əslində belə olmağı yaxşıdır. Yol əziyyətindən azad oldum. Yaşlı, xəstə adamam, yola çıxmaq çətindir. Məni həm də incidən bel və ayaq ağrılarıdır. İsraildə bu xəstəliklər üzrə yaxşı həkim var, o da Bakıya gələcək, onun da qəbuluna yazılacağam”.

 

R. Balayev əlavə edib ki, müalicə xərcləri dövlət tərəfindən ödənəcək: 


"Yəqin ki, böyük xərc olmayacaq. Amma dedilər, bütün problemlərim diqqət mərkəzində olacaq, nə lazımdırsa, edəcəklər”.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər