Rektordan İbad Hüseynovla bağlı qəribə addım - “Milli Qəhrəman” adı verib?

489
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Qarabağ müharibəsinin iştirakçısı, olmuş İbad Hüseynovu "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif edib.

"BakuPost" Yenicag.az xəbər verir ki, Hüseynova verilən vəsiqədə o, Milli Qəhrəman kimi təqdim olunub.

Qeyd edək ki, İbad Hüseynov "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunsa da, onun adı Milli Qəhrəmanlarımızın siyahısında yoxdur. "Azərbaycanın Milli Qəhrəmanı” adı yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

Maraq üçün onu da bildirək ki, Gülçöhrə Məmmədova 4-cü çağırış Milli Məclisin deputatı olub.
 
qerar
 
Xatırladaq ki, İ.Hüseynov tez-tez məşhur erməni terrorçusu Monte Melkonyanı öldürməsi iddiası ilə gündəmə gəlir. Lakin bununla bağlı fikirlər müxtəlifdir. Belə ki, Monte Melkonyanın öldürülməsi ilə bağlı "258 nömrəli PDM-in ekipajı” adlı sənədli film çəkilib.

Filmdə 258 nömrəli Piyadaların Döyüş Maşının (PDM) ekipajının 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı necə məhv etməsindən bəhs edilir. Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək, Qarabağ qazisi İbad Hüseynovun Monte Melkonyanı şəxsən öldürməsi barədə bütün iddialarını əsaslı şəkildə rədd edir.

Film "ASALA” terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər