Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib - DİN

1727
İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
 
BakuPost-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – "Aslanlar” tərəfindən məhv edilib.
 
Məlumatda bildirilir ki, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər