Ru
10:23 / 13 Dekabr 2017

Rəşad Sadıqov 2 yığmaya baş məşqçi təyin edildi

1470
Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb.

 

BakuPost.az-ın AFFA-ın rəsmi saytına istinadən məlumatına görə, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.


U-20 və U-21 millisinə "Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.


Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər