Ru
21:52 / 22 Noyabr 2017

Rəşad Sadıqovla bağlı mübahisəli qərar

1516

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Çelsi” matçında hakim mübahisəli qərar verib.

"Qafqazinfo” xəbər verir ki, matçın 19-cu dəqiqəsində baş hakim Manuel De Souza Rəşad Sadıqovun Villianla ikili mübarizəsini qayda pozuntusu kimi dəyərləndirib.

Bu azmış kimi Rəşada qırmızı vərəqə verib, "Qarabağ”ın qapısına penalti təyin edib. 

Epizodun təkrarında isə aydın görünüb ki, Rəşad Villiana toxunmayıb, Villian özünü yerə atır.

Qeyd edək ki,  35 yaşlı müdafiəçi avrokuboklarda 90-cı matçını keçirib.  Yubileyində meydandan qovulan R. Sadıqov bununla da Çempionlar Liqasının qrupunu başa vurub. 

Xatırladaq ki, "Qarabağ”ın "Atletiko” ilə Bakıda oynadığı matça da hakim səhvi damğa vurmuşdu. Fransız hakim Ruddi Bukenin səhv qərarına görə "Qarabağ” iki xal itirmişdi.

Rəşad Sadıqovla bağlı mübahisəli qərar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər