Ru
09:22 / 17 Noyabr 2018

Rəsmi Parisdən Bakının etirazına CAVAB

2754
Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.


BakuPost Report-a istinadən xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib.


"Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir", - deyə XİN rəsmisi söyləyib.


Bundan əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər