Ru
18:04 / 20 Noyabr 2017

- Azərbaycanın tanınmış astroloqundan ilginc açıqlama “Rusiya çökəcək”

5260
"NATO sırf Rusiyanı dağıtmaq üçün yaradılıb. Rusiya üçüncü çöküş mərhələsini yaşayır və çökəcək”.


BakuPost.az xəbər verir ki, bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli deyib. O bildirib ki, Rusiya səma və yer qanunlarını pozub. 


Astroloqun Rusiya ilə bağlı yazısının oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, tam versiyada təqdim edirik:


Rusiya dövlətinin yaranışını çoxları bilir. Qədim türklərin sayəsində "hazırın naziri” oldular. Milyon kvadrat kilometrlərlə ərazi "təmizləndi”, abadlaşdırıldı, quruldu və qəfil rus millətinə "hədiyyə” edildi. Bu ölkənin mövcudluğu ümumiyyətlə, tarixin gedişatında xüsusi bir xətt tutdu.


Türklərin məhv olmasında, zəifləməsində, güclü imperiyaların çöküşündə, Avropa və Asiyanın tam gücə malik olmamasında kifayət qədər rol oynadı. Rusiya sovet sistemini qurmaqla onlarla ölkəni daha sərt boyunduruq altına aldı. Hər iki dünya müharibəsinin əhəmiyyətli iştirakçısına çevrildi, Şərqi Avropa ölkələrində sovet sistemi qurdu, Çin və uzaq Kubaya qədər bu virusu yaydı. 


Demək olar ki, dünyanın ən aparıcı və güclü dövlətləri bu nəhəng ölkəni çökdürmək üçün daxildən və xaricdən öz qüvvələrini səfərbər etmişlər. Lakin sonda tam hədəfə yetişə bilməmişlər. I Pyotrun qoyduğu dövlətçilik ənənələri zaman-zaman öz qüdrətini qoruya bilib. Bir vaxtlar dekabristlər hərəkatı da başlanılmışdı. Böyük bir ziyalı kəsim çar üsul-idarəsinə qarşı mübarizəyə başlamışdı. 1861-ci ildə təhkimçilik hüququ süquta uğrayandan sonra bu hal daha sürətlə inkişaf etmişdi. Təəssüf ki, bu da məlum sistemi sıradan çıxara bilməmişdi. Bunu görən dünya baronları marksist təfəkkürlə bu dövləti sarsıtmağa çalışdılar. Vladimir Ulyanov adlı birisini yetişdirib dünya tarixində kommunizm adlı bir təhlükənin əsasını qoydular. 


Bununla hardasa Romanovlar sülaləsini darmadağın etsələr də, yeni bir qorxunun əsasını qoymuş oldular. O vaxta qədər nəzarətində olan Qafqaz və Orta Asiya dövlətlərindən yalnız vergi yığmaqla kifayətlənən Rusiya artıq onları vahid dövlət sisteminə saldı – 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqını yaratdı. Əslində 1917-ci ildə Rusiyanın təməllərində bir qədər sarsılmalar olsa da, sovet hakimiyyəti güclü işlədi və süni şəkildə, diktatura rejimində olsa da, dayaqlarını bərk qorudu. Amma hamı bilirdi ki, minillik tarix çərçivəsində artıq bu dövlət ilk zərbəsini alıb. Rusiyanın aldığı ikinci zərbə ötən əsrin 90-cı illərində baş verdi. 70 illik bir rejim çox rüsvayçı şəkildə, Azərbaycandan alovlanmaqla iflasa uğradı. Amma bu da prosesin tam başa çatması deyildi. Çünki Rusiya son yüz ildə işğal etdiyi əraziləri hüquqi müstəvidə də olsa itirdi, amma özü tam gücüylə ayaqda dura bildi. Sırf Rusiyanı dağıtmaq məqsədilə yaradılmış NATO-nun bu ölkəni sürətlə həlqəyə salması, Baltikyanı ölkələrin nəzarətindən tam çıxarılması, gizli də olsa, GUAM ölkələrinə dünya birliyinin dəstək verməsi məhz rusların əleyhinə işləyir. Bu gün Ukraynada baş verənlərin tarix üçün Suriyadan daha önəmli olduğunu da bilənlər bilir. Üstəlik, bütün bu kimi tarixi saxtalıqlara sponsorluq edən dünya yəhudi hakimiyyətinin çökdürülməyə başlaması da Rusiyanın əleyhinə işləyir. Bəli, Rusiyanın üçüncü çöküş mərhələsini yaşayırıq. 


ASALA, SADVAL, PKK kimi terror dəstələrini yaradan, əsas ideologiyasında türkə düşmənçilik dayanan Rusiyanı zaman-zaman müdafiə edənlər olduğu kimi, bu gün də var. İran-İraq müharibəsini başladan və bununla da Səma və Yer qanunlarını pozan Rusiyaya simpatiya göstərənlər həmişə olub. Nurçuluğun əsas sponsorlarından olan Rusiyaya qarşı sanksiyalar yüksələn xətt üzrə davam edir və mütləq nəticə verəcək... 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər