Rusiya Ermənistana 100 milyon ayırır - YENƏ SİLAH KREDİTİ

Ermənistan hökuməti Rusiyanın İrəvana 100 milyon dollar həcmində müdafiə krediti verməsi layihəsini müzakirə edəcək.

BakuPost.az xəbər verir ki, bu barədə informasiyanı "Sputnik” agentliyi yayıb. Agentlik yeni kredit razılaşmasında Ermənistanın ilkin ödəmə kimi ümumi müqavilənin 10%-dən az olmayan hissəsini məsul olan Rusiya təşkilatına verməli olduğunu bildirib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.

Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq kredit vermişdi.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər