Ru
19:10 / 16 Oktyabr 2017

Rusiya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etdi

923
Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanan fərmana əsasən, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.

 

Qeyd olunur ki, əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.

 

Putinin tapşırığına əsasən, Şimali Koreyanın nüvə proqramının icrası ilə əlaqəli olan gəmilərin Rusiyada qeydiyyatı ləğv olunacaq, habelə belə gəmilərin Rusiyanın limanlarına girişi yasaqlanacaq.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər