Rusiyadakı təyyarə qəzası anbaan kameralara düşdü - VİDEO

5274
Moskva şəhərinin kənarında An-148 sərnişin təyyarəsinin qəza anı şəxsi evlərdən birinin təhlükəsizlik kamerasına düşüb. 

BakuPost xəbər verir ki, həmin videogörüntü "Youtube” portalına yerləşdirilib.

Kameradan çəkilmiş görüntüdə yerlə toqquşma zamanı laynerdə partlayışın baş verdiyi anı görmək olur.

An-148 təyyarəsi bazar günü, Domodedovo aeroportundan qalxdıqdan bir neçə dəqiqə sonra Moskvanın şəhərkənarı Ramenski rayonunda qəzaya uğrayıb. Təyyarə Moskvadan Orska (Orenburq vilayəti) uçub. Təyyarənin göyərtəsində 65 sərnişin və altı ekipaj üzvü olub. Qəzada sağ qalan olmayıb.

İki və daha artıq insanın ölümü ilə nəticələnmiş uçuş təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı  cinayət işi açılıb (RF CM 263 m. 3-cü hissəsi).

Qəza səbəbilə bağlı ilkin ehtimallar – əlverişsiz hava şəraiti, insan faktoru və laynerin texniki nasazlığıdır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər