Ru
15:05 / 13 Avqust 2025

Rusiyadan Azərbaycana silah xəbərdarlığı - "Vəziyyət daha da gərginləşəcək"

Rusiyadan Azərbaycana silah xəbərdarlığı -  "Vəziyyət daha da gərginləşəcək"
Eye

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynaya silah tədarükünə tətbiq etdiyi embarqonu ləğv edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev vurğulayıb ki, Rusiyanın silah və ya ikili təyinatlı humanitar yardım tədarükünə dair mövqeyi Azərbaycan tərəfinə yaxşı məlumdur:

"Hesab edirik ki, bu cür addımlar münaqişənin sülh yolu ilə nizamlanmasına heç bir şəkildə töhfə vermir və yalnız yerindəki vəziyyəti daha da gərginləşdirir".

Bundan əlavə, Rusiya XİN Azərbaycan və Ermənistan arasında nəzərdə tutulan və “Tramp yolu” kimi tanınan nəqliyyat dəhlizi layihəsinin detallarını araşdıracağını açıqlayıb. Fadeyevin sözlərinə görə, layihə hələ rəsmi şəkildə təqdim edilməyib və region xaricindən proseslərə qoşulan qüvvələr Cənubi Qafqazda yeni problemlər və bölücü xətlər yaratmamalı, əksinə, sülh gündəliyini irəli aparmalıdır.

O həmçinin bildirib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qərarlar qəbul edilərkən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Sünik vilayətindəki Rusiya sərhədçilərinin mövcudluğu da nəzərə alınmalıdır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar