Ru
19:13 / 16 Fevral 2019

"Rusiyada bunu qızışdıran qüvvələr var" — Ziyafət Əsgərov Moskvadakı təxribatdan danışdı

3204
Milli Məclisin sədrinin
birinci müavini, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin sədri Ziyafət Əsgərov 
fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər
arasında baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirib.     BakuPost-un məlumatına
görə, Ziyafət Əsgərov Demokrat.az-a açıqlamasında deyib ki, yaranmış vəziyyət təxribat
xarakteri daşıyır:     "Ümumiyyətlə, Azərbaycan
xalqı ilə Şimali Qafqaz xalqları, o cümlədən çeçenlər arasında hər zaman
mehriban dostluq və qardaşlıq münasibətləri olub. Azərbaycan və çeçen xalqları
hər zaman dost olublar. Çox təəssüf ki, Rusiyadan bunu qızışdıran qüvvələr var.
Ancaq çox istərdim ki, Moskvada yaşayan azərbaycanlılar və çeçenlər bu cür təxribatlara
getməsinlər. Bu dostluq və qardaşlıq münasibətlərini hər zaman davam etdirsinlər.
Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin həm Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinlə, həm də Çeçenistan Respublikasının başçısı Ramzan
Kadırovla dostluq və qardaşlıq münasibətləri var. Xalqlarımıza çağırışım da
odur ki, həmin insanlar ölkə başçılarından nümunə götürsünlər və bu cür təxribatlara
getməsinlər".     Birinci vitse-spiker
qeyd edib ki, bu cür təxribatları yaradan insanlar əgər hesab edirsə ki,
bununla Azərbaycan və çeçen xalqları arasında hər hansı narazılıq yarada biləcəklər,
o zaman onlar çox yanılırlar:     "Çünki bu
dostluq və qardaşlıq əsirlərin sınağından çıxıb. Hesab edirəm ki, bu cür təxribatlar
Azərbaycan və Çeçenistan arasında mövcud olan dostluq və qardaşlığa heç bir xələl
gətirə bilməz. Mən bir daha Rusiyada yaşayan Azərbaycandan olan soydaşlarımıza
və çeçen dostlarımıza müraciət edirəm ki, bu cür təxribatlara getməsinlər". 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər