Ru
15:13 / 13 Noyabr 2017

Rusiyalı aparıcıdan şok hərəkət: Zirəddini studiyadan qovdu - VİDEO

5911
Rusiyanın Birinci kanalında yayımlanan "Kişi/Qadın” verilişinin aparıcısı Aleksandr Qordon azərbaycanlı ekstrasens Zirəddin Rzayevi studiyadan qovub.


BakuPost.az xəbər verir ki, bu barədə Z. Rzayev özü youtube kanalında paylaşım edib. O bildirib ki, aparıcı onu psixopat adlandırıb. 


Ekstrasens əlavə edib ki, Rusiyanın Birinci kanalına hörmətlə yanaşır və hər zaman kanalın verilişlərinin dəvətlərini məmnuniyyətlə qəbul edir. Lakin bu dəfəki dəvəti zamanı "Kişi/Qadın”ın aparıcılarından biri Qordon heç bir səbəb olmadan onu verilişdən qovub: "Qordon mənimlə diskussiya apara bilmədi, çünki o, kifayət qədər intellekt sahibi deyil. Məni psixopat adlandırdı və studiyadan qovanda öz vacibliyini göstərmək və məni aşağılamaq istədi. Lakin əslində o, özünü aşağıladı”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər