Rüstəm Orucov və Hidayət Heydərov 1/8 finalda - YENİLƏNİB

1994
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. 

BakuPost-un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/16 final mərhələsində monteneqrolu Sedrik Bessiyə qalib gəlib. O, 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanıb. Heydərovun növbəti rəqibi tacikistanlı Behruzi Xojazoda olacaq.

Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da 1/8 finala yüksəlib. Onun rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.

***


Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində misirli Mohamed Mohyeldinlə qarşılaşıb.

BakuPost xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib.

Növbəti mərhələdə R.Orucov Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortov ilə qarşılaşacaq.

Azərbaycan cüdoçusu Hidayət Heydərov da dünya çempionatına qələbə ilə başlayıb.

73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı ilk görüşündəiraqlı Sajjad Seheni yenib. O, rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olacaq.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər