Ru
12:48 / 15 Noyabr 2018

Rövşən Rzayev Əli Həsənovun kadrını İŞDƏN ÇIXARDI

2190
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.


BakuPost Modern.az-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub.


Əvəzində Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.


Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.


Xatıqladaq ki, Gəray Fərhadov "Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun kadrı idi.


2001-2009-cu illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib, 2009-cu ilin martından bu günədək isə komitə sədrinin müavini vəzifəsində işləyirdi.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər