Ru
19:31 / 23 Noyabr 2018

Röya qəzaya düşdü - Xəstəxanadan açıqlama/ YENİLƏNİB

7010
Müğənni Röya avtomobil qəzasına düşüb.

 

BakuPost xəbər verir ki, hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.

 

Müğənninin HB Güvən klinikasına aparıldığı bildirilir.

 

Klinikadan xəbəri BakuPost-a təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbul üçün xüsusi tapşırıq verib: "Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.

 

***

 

Röya Ayxan xəstəxanaya çatdırılıb. 

 

Klinikadan BakuPost-a verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib. İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.

 

Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.



Röya qəzaya düşdü  - Xəstəxanadan açıqlama/ YENİLƏNİB
Röya qəzaya düşdü  - Xəstəxanadan açıqlama/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər