“Saakaşvili gürcü xalqının üzünə tüpürür” - Putin

378
Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynadakı fəaliyyəti barədə danışıb.

BakuPost.az xəbər verir ki, o, Saakaşvilinin hərəkətlərini Gürcüstan və Ukrayna xalqlarının üzünə tüpürmək kimi qiymətləndirib: "Hesab edirəm ki, Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarının üzünə tüpürməkdir. Siz buna necə hələ də dözürsünüz? Saakaşvili əvvəl Gürcüstanın prezidenti olub, indi isə meydanlara çıxıb dünyaya car çəkir ki, "mən ukraynalıyam”. Başa düşmürəm, Ukraynada əsl ukraynalı yoxdur ki? Ukrayna da bütün bunlara dözür, başa düşürsünüz? Buna həqiqətən də təəssüf hissi ilə baxıram, ürəyim qan ağlayır”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər