Ru
09:08 / 13 Dekabr 2017

Saakaşvili prezident olmaq istəmir

935
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.


"Report” xəbər verir ki, bunu o, ZIK telekanalının efirində deyib.


"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.


Siyasətçi Ukraynada 13 ildən çox yaşadığını bildirib.


"Lakin stajlı ukraynalılar prezident olmalıdırlar, hökumətdə isə Ukraynanın tələblərindən asılı olaraq müxtəlif insanlar işləyə bilərlər", – deyə Saakaşvili əlavə edib.


O, Ukrayna prezidenti Pyotr Poroşenkodan yerli hökumətə rəhbərlik etmək təklifi aldığını, lakin o zaman bundan imtina etdiyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər