Saakaşvili tərəfdarları “Azadlıq” meydanına gedir - FOTO

Gürcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvü, ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə dəstək aksiyası keçirirlər. 

"Report" xəbər verir ki, "Rustaveli" metro stansiyasınin qarşısına toplaşmıs 500-dək insan Ukrayna hökümətindən M.Saakaşvilinin təqibinə son qoymağı tələb edib, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb ediblər. 

Aksiya iştirakçıları M.Saakaşvilinin Ukraynada təqib olunmasında Gürcüstan hökumətini də günahlandırıblar.

Havanın yağmurlu və soyuq olmasına baxmayaraq, aksiyaya gələnlərin sayı artır.
 
Aksiya iştirakçılarının paytaxtın "Azadlıq" meydanına doğru yürüşü başlayıb. 

Ərazidə nəqliyyatın hərəkəti iflic olub.


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər