Ru
15:19 / 11 Dekabr 2017

Saakaşvilinin məhkəməsi başladı - Şüşə qəfəsə salınıb

1114

Ukraynada "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin məhkəməsi başlayıb.

 

BakuPost.az xəbər verir ki, şüşə qəfəsə salınan siyasətçi prosesdən əvvəl qısa bəyanatla çıxış edib.

 

"Mən oliqarxların məhbusuyam. Onlar məni bu qəfəsə salmaqla guya əylənirlər. Amma xalqın dəstəyi göstərdi ki, xalq heç nədən qorxmur", deyə o, qısa bəyanatında bildirib. 


Vəkillərin vəsatətindən sonra M.Saakaşvili şüşə qəfəsdən çıxarılıb. Eks-prezident vəkillərlə birgə oturub.


Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko məhkəmə prosesinə gəlib. O, M. Saakaşvili ilə görüşüb və onun yanında oturub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər