Ru
10:29 / 20 Noyabr 2017

Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşdu - Ailənin 1 üzvü öldü, 3-ü yaralandı

5891
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Qatı dumanlı havada "Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil "KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər alıb.


Hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər