“Şahdağ”a dəmir yolu çəkiləcək

666

Prezident İlham Əliyev yeni istifadəyə verilən Bakı-Gəncə sürət qatarından danışıb. 

BakuPost xəbər verir ki, ölkə başçısı qatarın istifadəyə verilməsi ilə Gəncəyə çatma vaxtının azaldığını deyib: "Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıb. Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz "Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaq”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər