Ru
17:13 / 21 Yanvar 2019

Sahil Babayev Aparat rəhbərinin yeznəsini direktor TƏYİN ETDİ

3934
 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında təyinat olub.


BakuPost Modern.az-a istinadən xəbər verir ki, İsmayıl İsrafilov Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin edilib. 


Məlumatda bildirilir ki, İsmayıl İsrafilov  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.


Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə yaradılıb.


Müdiriyyətin fəaliyyətinə nəzarəti birbaşa Nazirlik həyata keçirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər