Şahzadənin barmağındakı 300 dollarlıq qara üzük - Dünya mediası bundan yazır

1097
İngiltərə taxtının varislərindən olan şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl-ın Avstraliyadalı rəsmi səfəri davam edir.

BakuPost xəbər verir ki, cütlüyün bu ölkədəki hər addımı maraqla izlənilərkən, şahzadənin barmağındakı qara üzük müzakirələrə səbəb olub. 

Səfər boyunca şahzadə evlilik üzüyü ilə yanaşı barmağında qara bir üzük də gəzdirir. Onun sağ əlindəki üzüyün nə olduğu isə sosial şəbəkələrdə "bu üzüyün  anlamı nədir, bilən varmı?” deyə müzakirəyə çıxarılıb. 

Məlum olub ki, Harrinin barmağındakı qara üzük titandan düzəldilib və qiyməti 299 dollardır. Bu özəl üzük yuxu rejimini qaydasına salma, günlük hərəkətləri və fitnes hərəkətlərini yaddaşda saxlama özəlliyinə malikdir.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər