Ru
21:04 / 10 Dekabr 2017

Salyanda ağır qəza - Xəsarət alanlar var

1766
 Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 


"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili qarşıda gedən "KaMAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə avtomobildə olan Bakı şəhər sakinləri - 29 yaşlı Fuad Mirzə oğlu Hüseynov və onun həyat yoldaşı, 22 yaşlı Pərvanə Elxan qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər