Salyanda gəncin intihar səbəbi - Kasıb qızla evlənməyə icazə verməyiblər...

İki gün öncə Salyan rayonunun Xıdırlı kəndində baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

BakuPost.az "Ölkə.Az"a istinadən xəbər verir ki, özünü asaraq intihar edən 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu atasına etiraz əlaməti olaraq bu yola əl atıb.

Belə ki, imkanlı ailənin övladı olan Əsədov kasıb ailədən qız istəyirmiş. Ancaq atası bu izdivacın baş tuta bilməyəcəyini bildirib və ata-bala arasında mübahisə yaranıb. Mübahisədən bir müddət sonra Emin Əsədov həyətlərindəki tövlədə özünü asaraq intihar edib.

Qeyd edək ki, faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər