Ru
22:59 / 17 Noyabr 2018

Salyanda velosipedçini maşın vurdu

3344
Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BakuPost "Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında "Ay işığı” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.


Rayonun Stansiya yaşayış massivinin sakini, 1965-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


Bundan əvvəl Tovuzda piyadanı avtomobil vuraraq öldürüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər