“Şam bağı”nda qadın qarət olundu

784
Göyçay rayonunda qadın kafedə qarət edilib.

BakuPost-un Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Potu kəndi ərazisindəki "Şam bağı" kafesində baş verib.

Kənd sakini, Abdullayev Fuad Fərhad oğlu həmin kafedə rayon sakini, Cəbrayılova Şəhla Səlm qızının şalvarının cibindən 420 manatını götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı qadın Göyçay rayon Polis Şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən F.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər