Ru
13:32 / 16 Fevral 2019

Şamaxıda vulkan püskürməyib - İnstitut

2757
 


Şamaxının Xınışlı kəndində palçıq vulkanının püskürməsi barədə yayılan məlumatlar düzgün deyil.


BakuPost xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.


Onun sözlərinə görə, həmin kənd və onun yaxınlığında vulkan yoxdur:


"Bu axıntı da vulkan püskürməsi nəticəsində baş verməyib. Adətən, zəlzələdən sonra yerdə çatlar yarandıqda orada yaranmış gil kütləsi üzə çıxır və axıntı yaranır".


Qeyd edək ki, Xınıslı kənd sakinləri ərazidə palçıq vulkanın püskürdüyü və palçıq lavasının yaxınlıqdakı taxıl sahəsinə axması barədə məlumat veriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər