Ru
11:55 / 14 Noyabr 2018

Samuxda elektrik yarımstansiyasında partlayış - Xəsarət alan var/ Yenilənib

2658
Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayış zamanı xəsarət alanlardan birinin adı məlum olub.


Rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.


Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 

 * * *


Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.


BakuPost Report-a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var. 


Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 


Faktla bağlı araşdırmalara başlanılıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər