Sarayda oğru həyətə girdi - Anbaan VİDEO

821
Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb.

BakuPost Faktxəbər-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Görüntülərdə əvvəlcə küçədə var-gəl edən oğrunun bir qədər sonra hasardan aşaraq həyətə daxil olduğu, orada müəyyən qədər gözlədikdən sonra isə evə yaxınlaşdığı görünür. Amma o, burada qəfildən kameranı görür və üzünü əli ilə örtməyə çalışır. Daha sonra isə başqa tərəfdən evə daxil olmağa çalışır.

Oğru həyətdən çıxarkən əlində olanı dişi ilə tutur və hasarın üstünə qalxır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər