Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

451
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

BakuPost-un Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu ölkə polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında deyib.

O bildirib ki, N.Sarkisyanın həbs olunması üçün xarici həmkarlarla fəal əməkdaşlıq aparılır.

Xatırladaq ki, Narek Sarkisyan və onun mühafizəçisi iyul ayının əvvəlində ölkədaxili axtarışa verilmişdi. O, qanunsuz silah və narkotik saxlamaqda ittiham olunur.

Bundan başqa, N.Sarkisyanın yaxın dostu polis tərəfindən saxlanılıb. Ondan narkotik və silahla dolu çamadan müsadirə olunub.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər