Sarkisyanın qardaşları ölkədən qaçıb? – Paşinyan xalqın gözünə kül üfürməklə məşğuldur

810
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr və Levon Livanın məşhur "Cazino de Liban” kazino-barında əylənərkən görünüblər. 

BakuPost AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Jamanak” qəzetinə Livandakı etibarlı mənbələr xəbər verib.

Qeyd olunur ki, Sarkisyan qardaşlarını Yaxın Şərq, Amerika, Avropa və Avstraliyadakı erməni diasporunda "Ramqavar” adlanan siyasi partiyanın keçmiş üzvlərindən olan Arutyun Yerkanyan müşayiət edib. 

"Jamanak”ın mənbələri bildiriblər ki, kazinoda Sarkisyan qardaşlarını gördükdə çox təəccübləniblər. Çünki açılan cinayət işləri üzrə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin güc strukturları Sarkisyan qardaşlarının ölkədən çıxmasına qadağa qoyublar. Bu səbəbdən də, onların Ermənistan ərazisini tərk edərək dünyanı səyahət etmələri və Livanda Yaxın Şərqin ən dəbdəbəli və məşhur əyləncə mərkəzində kef çəkmələri böyük təəccüb və eyni zamanda şübhə doğurub. 

İstisna edilmir ki, Paşinyanın Sarkisyan qardaşlarının qanun pozuntuları, həmçinin, ölkədə korrupsiya ilə mübarizəsi sadəcə görüntü və erməni xalqının gözünə kül üfürməkdir. Çünki Serjin qardaşlarının Ermənistan hüquq-mühafizə orqanlarının nəzarətindən "yayınaraq” xaricdə sərbəst gəzməsinin başqa izahı yoxdur.

Qeyd edək ki, iyunda Ermənistan polisinin xüsusi dəstəsi Aleksandr və Levon Sarkisyanların evlərində axtarış əməliyyatı keçiriblər. Aleksandr qeyri-qanuni silah saxlamaqda şübhəli bilinərək ona qarşı açılan cinayət işi üzrə 2 dəfə həbs olunsa da, hər dəfəsində sərbəst buraxılıb. 

Ermənistanın Dövlət Gəlirləri Komitəsində isə Serj Sarkisyanın digər qardaşı Levon barədə qeyri-qanuni varlanmaq və əmlak bəyannaməsindən boyun qaçırmaq maddələri üzrə cinayət işi açılıb. Serjin qardaşlarının hər ikisinə Ermənistanı tərk etməmək barədə göstəriş verilib. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər