Səfirlikdə 400 kq kokain aşkarlandı - FOTO

1136

Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.

BakuPost-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İ.Bliznyük  Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə  kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir.

Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.  

"Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin nəzdində olan məktəbdə narkotik vasitələrin aşkarlandığını bildirib.

Nəşr yazır ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

Məqalədə şübhəlilərdən birinin Almaniya ərazisində gizləndiyi qeyd olunub.

Argentina hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiki un ilə əvəz edib və çamadanlara onların yerini izləməyə imkan verən GPS-qurğusu yerləşdiriblər

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi  müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç,  Argentinada isə iki nəfər saxlanılıb.   


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər