“Səhiyyə xərcləri ilk dəfə 1 milyard manat səviyyəsini aşacaq” - Millət vəkili

1011
Gələn ilin dövlət büdcəsi layihəsində səhiyyə sahəsində artım 42 faiz nəzərdə tutulub.

BakuPost xəbər verir ki, bu barədə məlumatı millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Medicina.az-a müsahibəsində deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Cümhuriyyətinin və Azərbaycan dövlətinin 100-cü ilində bu, böyük bir tarixi hadisədir: "Səhiyyəmizdə bu gün eradan əvvəl və eradan sonra deyilən bir tarix başladı. Prezidentimizin rəhbərliyi altında sovet dövründən qalan və səhiyyəyə qarış olan düşüncə ilə bağlı bir dəyişiklik oldu. Bölgədə çoxsaylı siyasi və iqtisadi böhranların olduğu bir zamanda bütün sahələrə nisbətdə səhiyyəyə ayrılan vəsait bu qədər yüksəldildi. Bundan əvvəl, icbari tibbi sığortaya qısa müddət ərzində 240 milyon manata yaxın əlavə bir büdcə nəzərdə tutulub. Ən əsası Azərbaycan səhiyyə büdcəsində psixoloji baryer olan 1 milyard manat səviyyəsinin aşılması gələcək səhiyyəmizin inkişaf yolu ilə bağlı indidən dövlətimizin reallığı və siyasəti ortaya qoymasıdır”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər