Səhv düyməyə basdı - “Google”u milyonlarla dollar ziyana saldı

414
"Google” şirkətinin əməkdaşının səhvən başlatdığı onlayn reklam korporasiyaya 10 milyon dollar ziyan vurub.
 
BakuPost xəbər verir ki, bu barədə "Financial Times” nəşri yazıb.

Qəzetin xəbərinə əsasən, insident çərşənbə axşamı baş verib. "Google”un təcrübəçisi onlayn şəbəkədə reklamın necə yerləşdirilməsini nümayiş etdirən zaman yalnış düyməyə basıb. Nəticədə test reklam elanı ABŞ və Avstraliyada yayımlanıb.

İllik 60 milyard dollar dövriyyəsi olan "Google”dan bildiriblər ki, reklam 45 dəqiqə ərzində aktiv olub. Daha sonra şirkətin əməkdaşları reklamı dayandıra biliblər.

Dəymiş ziyan barədə rəsmi açıqlama verilməsə də, mənbə "Financial Times”a bunun 10 milyon dollar ola biləcəyəni vurğulayıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər